ford ercihan otomotiv
Ana Sayfa Guncel Asayiş Siyaset Ekonomi Eğitim Kültür-Sanat Sağlık-Yaşam Spor Araştırma İnceleme Bölgeden Türkiye Teknoloji Seçime Doğru
Erzurum’da 7.6 kilo metamfetamin ele geçirildi
Erzurum’da 7.6 kilo metamfetamin ele geçirildi
Allahuekber Şehitleri rahmet niyazlarıyla anıldı
Allahuekber Şehitleri rahmet niyazlarıyla anıldı
Doğu Ekspresi Erzurum’daydı
Doğu Ekspresi Erzurum’daydı
‘Ayın Tarihi’ dergisi  Kasım sayısı yayımlandı
‘Ayın Tarihi’ dergisi  Kasım sayısı yayımlandı
Dağcılar Sarıkamış Şehitleri için yürüdü
Dağcılar Sarıkamış Şehitleri için yürüdü
HABERLER>GUNCEL
10 Eylül 2013 Salı - 16:19

Erzurum Azerbaycan basınında

KUDAKA’nın çalışmaları ve Erzurum’un doğal güzellikleri Azerbaycan basınında geniş yer buluyor. Zaman Gazetesi’nin katkılarıyla yayımlanan haber ve yorumlarda Erzurum’un özellikle kış aylarında Palandöken’E yansıyan güzellikleri Azerbaycan basınında ‘Cennet ‘benzetmesiyle yer buluyor.

Erzurum Azerbaycan basınında

KUDAKA’nın çalışmaları ve Erzurum’un doğal güzellikleri Azerbaycan basınında geniş yer buluyor. Zaman Gazetesi’nin katkılarıyla yayımlanan haber ve yorumlarda Erzurum’un özellikle kış aylarında Palandöken’E yansıyan güzellikleri Azerbaycan basınında ‘Cennet ‘benzetmesiyle yer buluyor. Kıvami Mehebbetoğlu imzasıyla yayımlanan ‘Erzurum’a Varanda’ başlıklı haber yorumda bunlardan biri. Zaman Gazetesi’nin hoşgörüsüne sığınarak Azerbaycan Türkçesiyle yayımlanan haberi sunuyoruz..

 

QVAMİ MƏHƏBBƏTOĞLU,

Şəhəri əhatələyən Palantökən dağ silsiləsi barədə məlumat verən Kuzey Doğu Anadolu Kalkınma Mərkəzinin (KUDAKA) əməkdaşı Müzəyyən İnci bildirdi ki, Palantökənin güneyində yay olanda, quzeyi qarla örtülü olur. Burada qış turizm mövsümü oktyabrda açılır və may ayının sonlarına qədər davam edir. Palantökən dağları 1993-cü ildən Qış Turizm Mərkəzi elan olunub. Palantökəni qış turizmi üçün münasib edən daha bir özəlliyi var - toz qar. Toz qar gördüyümüz quşbaşı qardan sərtliyi ilə fərqlənir. Quşbaşı qara günəş şüası düşən kimi əriyir, toz qar isə əksinə bərkiyir. Palantökənin adı ilə bağlı sualımızı isə o belə cavablandırdı: “Qədimlərdə insanlar nəqliyyat növü kimi uzunqulaqdan istifadə edərmişlər. Heyvanın belinə salınan palan dik yamaclarda sıradan çıxarmış, yəni tökülərmiş. Odur ki, bu dağa elə o zamandan Palantökən adı verilib”.

CENNET GÖRMEK İSTEYEN…

Digər bələdçimizi Fatih Baltacı 2011-ci il XXV Dünya Universitetləri Qış Olimpiadasının Ərzumda keçirilməsindən söz açmaqla bu məkanın qış turizm imkanlarının dünya standartları səviyyəsində olduğunu bir daha vurğuladı. Onun sözlərinə görə, bu yarışa 52 ölkədən 2500-dən çox idmançı qatılıb: “Bu beynəlxalq yarış regionun turizm imkanlarının əcnəbilərə təqdim edilməsi baxımından mühüm rol oynayıb. Belə ki, məhz bu yarış Ərzurumun qış oyunları və qış turizmi üçün necə böyük bir potensiala malik olduğunu sərgiləyib. Bir sözlə, buradakı Palandöken, Konaklı və Kandilli kayak mərkəzləri dünya standartları səviyyəsindədir”.

... Burada dağ zirvələri dəniz səviyyəsindən 2500-dən 3200 metr hündürlükdədir. Bu zirvələrə qalxmaq üçünsə kanat  yollar fəaliyyət göstərir. İnsanlar təkcə bu zirvələrə qalxıb xizək sürmür, eyni zamanda yüngülvari qəhvəaltı edə-edə təbiətin gözəlliyni seyr etmək və istirahətin keyfini çıxarmaq şansı da qazanır. Palantökən, Qonaqlı, Qəndilli turizm mərkəzlərindən uzun-uzadı söz etmək fikrində deyiləm. Çünki həmin yerləri öz gözlərinizlə görsəniz daha maraqlı olar. Buranı ziyarət etmək isə o qədər də çətin deyil. Belə ki, Bakıdan Naxçıvana uçub, oradan da Ərzuruma cəmi 5-6 saatda gəlmək mümkündür. Bəli, son illər  Ərzurumda qış turizmi ilə bağlı bir sıra layihələr həyata keçirilib. Turistlər üçün ən gözəl yerlərdən biri də şəhərin mərkəzindəki Atlama Mərkəzi, yəni xizək qülləsdir. 2010-cu ildə istifadəyə verilmiş bu tramplinə qalxıb oradan şəhəri yuxarıdan seyr etməyin də bir ayrı ləzzəti var. Süni qar yaratmaq imkanına da malik Atlama Mərkəzi Türkiyədə təkdir və o da Ərzurumda yerləşir. Mərkəzin yaxınlığında otel də fəaliyyət göstərir. Şəhərdəki qış idman əyləncə mərkəzlərində korlinq, xokkey oynayıb, konki sürmək həvəsində olanlar üçün buz meydançaları da fəaliyyət göstərir.

ÇIHDI BUZ ÜSTÜNE KOÇAK…

Burada biz də konki ilə buz üstünə çıxdıq. Əslində konki sürməyin elə də çətin idman növü olmadığını anladıq. Buranın əməkdaşı Yavuz Yaşar bizimlə söhbətində bildirdi ki, hazırda salonda Türkiyənin müxtəlif bölgələrini təmsil edən iki mindən çox uşaq məşğul olur. Onun sözlərinə görə, meydançaya saat 7-dən 10-a qədər (buna “Xalq saatı” deyilir) isə bu idman növünə maraq göstərən hər kəs çıxa bilər. Buz meydançasında şəxsən mənə fiqurlu konkinin incəliklərini izah edən Ərzurumdakı Turqut Özal adına okulun V sinif şagirdi Boris Can dedi ki, artıq iki ildir bu məkana gəlir. Arzusu hakim olmaqdır. Lakin o həm də fiqurlu konki üzərində də hakim olmaqda israrlıdır: “İstəyirəm ki, gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi təmsil edim və uğurlar qazanım”.

Şəhər mərkəzindəki təsislərin Türkiyə dövlətinin büdcəsinə neçəyə başa gəlməsi ilə maraqlandıq. Müzəyyən xanım bildirdi ki, bunun üçün bir neçə ildə cəmi 300 milyon dollar ayrılıb. Yəni 240 milyon manat. Sözün düzü, bu qədər məbləğə başa gəlməsini bizim nümayəndə heyəti heç də birmənalı qarşılamadı.

SABİQ REDAKTORLA GÖRÜŞ

Günorta yeməyi zamanı Ərzurumda fəaliyyət göstərən türkiyəli jurnalistlərlə də görüşdük. Onlardan biri də Ersin Dəmirci idi. O Ersin Dəmirci ki, 1997-2000-ci illərdə “Zaman-Azərbaycan”ın baş redaktoru olmuşdur. Ersin bəylə söhbətdən aydın oldu ki, o hazırda həm “Zaman”ın, həm də “Cihan”ın bölgə müxbiri kimi fəaliyyət göstərir. Bu şəhərdə boya-başa çatan Ersin bəy işindən şikayət etmədi. Sadəcə, Azərbaycanda olduğu illərdən söz açıb sözün həqiqi mənasında kövrəldi və fürsət düşən kimi Bakıya gələcəyini dedi. Mən: Azərbaycan daha sənin gördüyün Azərbaycan deyil, o çox nailiyyətlərə imza atıb” deyəndə o, mənə yeniliklərdən söz açmağı xahiş etdi. “Zaman-Azərbaycan”ın fəaliyyəti ilə bağlı verdiyim məlumatlar da onun ürəyincə oldu. Yeri gəlmişkən, Ersin bəy Bakıda dünyaya gəlmiş övladının (onun 3 övladı var) da bu şəhər üçün çox darıxdığını dilə gətirdi.

Qeyd edək ki, Ersin Dəmirci Bakıdan ayrıldıqdan sonra “Zaman” qəzetinin Qazaxıstan üzrə təmsilçisi olub. Daha sonra o, “Zaman”ın İzmir üzrə koordinatoru kimi fəaliyyət göstərib, Qazaxıstanda “Cihan” Holdinqi təmsil edib. 2011-ci ildən həm “Zaman”ın, həm də “Cihan”ın Ərzurum bölgəsi üzrə təmsilçisidir.

SON...

Yeri gəlmişkən qeyd edək ki, səfər boyu belə nəticəyə gəldim ki, Ərzurumda müxtəlif turizm növləri üçün geniş potensial var. Tarix və mədəniyyət abidələri ilə Ərzurum Türkiyənin digər şəhərlərindən heç də geri qalmır. Bölgədə qədim şəhərin çoxlu sayda xarabalıqları, bürclər, qalalar, məqbərələr bu gün də qalmaqdadır. Həmçinin ərazidə ənənəvi xalq sənəti növləri geniş inkişaf edib. Bu da turizm üçün maraqlıdır. Ərazidə çoxlu sayda  restoranlar fəaliyyət göstərir. Bu məkanlarda siz Ərzurum mətbəxinə məxsus və bu məkanın simvoluna çevrilmiş cağ kababı, eləcə də Kadayıf dolması (şirniyyat dolması), kəsmə şorbası və pendiri ilə tanış ola bilərsiniz. Turistlərin həm də kotej tipli və fərdi evlərdə qalmaq imkanları da genişdir. Dağ, qış və xizək turizmi Ərzurumun ümid vəd edən perspektivli sahələrindəndir. Dağların təmiz və gözəl havasından bəhrələnmək üçün Ərzuruma hər il on minlərlə turist gəlir. Bunun da səbəbi Ərzurumun  yuxarıda bəhs etdiyimiz daha çox müsbət keyfiyyətlərə sahib olmasıdır. Onu da qeyd edək ki, şəhərdə abadlıq işləri də göz oxşayır. Əldə etdiyimiz məlumata görə, bəzi tarixi məkanların ətrafında yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Bu yerdə Fatih Baltacının bu sözləri yadıma düşdü: “Ərzurum beş min illik tarixi olan və iki min metr yüksəklikdə yerləşən bir məkandır. Dünyada çox az sayda turistik yer var ki, bu yüksəklikdə yerləşsin, Hava Limanı və şəhərə bu qədər yaxın olsun. 2011-ci ildə “New York Tayms” qəzetinin qış turizimi ilə bağlı sıralamasında Ərzurum dünyada 42 şəhər arasında 18-ci yerdə qərar tutub”.

... Ərzurumdan ayrılmaq məqamı çatanda nədənsə fikir məni apardı. Handan-hana özümə gələndə istər-istəməz bu sözlər dilimdən qopdu: “Xudahafiz, Ərzurum! Bu qısa səfərimdə mən yalnız sənin gədiklərinə varmadım, tarixi abidələrini, təhsil ocaqlarını, mədrəsəni, məscidləri də ziyarət etdim. Bütün bu ziyarətlər, sözün həqiqi mənasında, mənim yaddaşıma əbədi həkk olundu. Beləcə, həyat kitabımın Ərzurum səhifəsi də oldu. Bütün bunlara görə mən bu səfəri təşkil edənlərə, o cümlədən Kuzey Doğu Anadolu Kalkınma Mərkəzinin (KUDAKA) hər bir əməkdaşına, o cümlədən bu qurumun baş katibi Talha Bekir Özmenə təşəkkür edirəm. Allah sizdən razı olsun. Bir daha Ərzurumda görüşmək ümidi ilə xudahafiz!”

Kaynak ; http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=50585

Kaynak: kudaka.gov.tr

Kaynak: kudaka.gov.tr

 
‘Radyo Günleri Erzurum’ başlıyor
 
İspirlilerden Kazak Gölü’nde ‘Sıla’ Pikniği
YORUMLAR
 Onay bekleyen yorum yok.

Küfür, hakaret içeren; dil, din, ırk ayrımı yapan; yasalara aykırı ifade ve beyanda bulunan ve tamamı büyük harflerle yazılan yorumlar yayınlanmayacaktır.
Neleri kabul ediyorum: IP adresimin kaydedileceğini, adli makamlarca istenmesi durumunda ip adresimin yetkililerle paylaşılacağını, yazılan yorumların sorumluluğunun tarafıma ait olduğunu, yazımın, yetkililerce, fikrim sorulmaksızın yayından kaldırılabileceğini bu siteye girdiğim andan itibaren kabul etmiş sayılırım.
 

Bu haber henüz yorumlanmamış...

FACEBOOK YORUM
Yorumlarınızı Facebook hesabınız üzerinden yapın hemen onaylansın...
KATEGORİDEKİ DİĞER HABERLER
Altıparmak yanlışı düzelttirdi
Sosyal medyayı yakından takip eden Erzurum Valisi Dr. Ahmet Altıparmak ...
Karakaya Köyü’nde taşlı, sopalı kavga: 1 yaralı
Karayazı ilçesinde çıkan çıkanda 1 kişi yaralandı.
Horasan'da arazi kavgası: 2 yaralı
Horasan ilçesinde arazi meselesi yüzünden çıkan kavgada 2 kişi yaralandı.
 
Elektrik direkleri yuva olunca…
Çat ilçesinde elektrik direklerine leylekler yuva kurdu.
‘Cennet merdivensiz olmaz’
Yüksek dağların ortasında buzul çanağı içindeki gölleri gezen Vali Altıparmak, ...
TEDAŞ’ın Kesinti Rezaleti
Sanayi’de bugün yaşanan elektrik kesintisi esnafı perişan etti..
 
Gökyüzünde Türk Mührü
Oltu İlçesinde dün akşam güneş battıktan sonra ortaya çıkan ayyıldız görüntüsü, ...
‘Onur bizim için çok önemlidir’
Uzundere'de muhtarlara seslenen Altıparmak, “Biz kendi onurumuza ne kadar ...
‘Bu noktaya kolay gelinmiyor’
Gittiği her ilçede yol boyu inşaatlar, yatırımlar gördüğünü ifade eden ...
 
ERZURUM GAZETESİ
YAZARLAR
Ali Kemal Koçak
Ali Kemal Koçak
“Merhamet” Politikası ve Terör
İzzet Fehmi Aksakal
İzzet Fehmi Aksakal
Kasadaki Altın Saatler
İslamhan Bulutlar
İslamhan Bulutlar
Kağıt gazete dönemi bitti!
Can Umut Avcıgil
Can Umut Avcıgil
Sosyal Medya ve Siyaset: Ahlakın Kaybolduğu Yer mi?
Baki Gezmiş
Baki Gezmiş
Prof. Dr. Fatih Alper Gibi Derman Olacaksın !
Mahmut Akdağ
Mahmut Akdağ
İş Yapma Ayrı Sahiplenme Ayrı İştir Ve Erzurumspor
ERZURUM
ÇOK OKUNANLAR
ÇOK YORUMLANANLAR
ARŞİV
ANKET
Erzurumspor’un Yeni Sezon Önceliği:

a. Ligde kalmak
b. Playoffa kalmak
c. İlk iki için mücadele


Sonuçları göster Anket arşivi
FACEBOOK'TA ERZURUM GAZETESİ
TWITTER'DA ERZURUM GAZETESİ
Ana Sayfa Guncel Asayiş Siyaset Ekonomi Eğitim Kültür-Sanat Sağlık-Yaşam Spor Araştırma İnceleme Bölgeden
KünyeHakkımızda KünyeKünye İletişimİletişim FacebookFacebook TwitterTwitter Google+Google+ RSSRSS Sitene EkleSitene Ekle Günün HaberleriGünün Haberleri
Maxiva