ford ercihan otomotiv
Ana Sayfa Guncel Asayiş Siyaset Ekonomi Eğitim Kültür-Sanat Sağlık-Yaşam Spor Araştırma İnceleme Bölgeden Türkiye Teknoloji Seçime Doğru
8 üniversite gençlik için buluştu
8 üniversite gençlik için buluştu
11 yıldır tamamlanamadı
11 yıldır tamamlanamadı
16 düzensiz göçmen yakalandı
16 düzensiz göçmen yakalandı
Erzurum'da ‘Vatan ve kahramanlık buluşmaları’
Erzurum'da ‘Vatan ve kahramanlık buluşmaları’
Maden ocağından vitrine: Oltu Taşının hikayesi
Maden ocağından vitrine: Oltu Taşının hikayesi
HABERLER>ARAŞTIRMA İNCELEME
1 Ağustos 2016 Pazartesi - 12:41

‘Alın yazım, şerefim, şanım Erzurum’

Azerbaycan Milli Meclisi Parlamenteri Ganira Paşayeva Erzurum’u anlattı. Şiirsel bir dil ve berceste tanımlamalarla Erzurum’u tarif eden Paşayeva, Erzurum’u ‘Muhteşem Yiğitlik Tarihinin Mekanı’ olarak tarif etti.

‘Alın yazım, şerefim, şanım Erzurum’

Azerbaycan Milli Meclisi Parlamenteri Ganira Paşayeva Erzurum’u anlattı. Şiirsel bir dil ve berceste tanımlamalarla Erzurum’u tarif eden Paşayeva, Erzurum’u ‘Muhteşem Yiğitlik Tarihinin Mekanı’ olarak tarif etti.

Azerbaycan Milletvekili Ganira Paşayeva Erzurum’u şöyle anlattı:

DADAŞLAR DİYARI QƏDİM ƏRZURUM!

 1-ci hissə

(“Qənirə Paşayeva ilə addım-addım Türkiyə”)

Anadolunun tale qapısı – Ərzurum

 Palantökn dağlarında qara bax,

 Gülüm, qara bax...

 Qucağında bəslədiyi bara bax,

 Gülüm, bara bax...

 Hər baxışı min könülü fəth edər,

 Dön, Ərzurum adlı gözəl yara bax,

 Gülüm, yara bax...

 

Tarixi var-tariximin sirdaşı,

Gəlib-gəlib bizdən keçir bir başı.

Çox doğmadı hər qayası, hər daşı

Bura Ərzurumdu, yoxsa Qarabağ?

Gülüm, Qarabağ.

Sağım Ərzurumdu, solum Qarabağ.

 

Ustadlar ustadnaməni bir deməzlər, iki deyərlər... Söz dilə, qələm ələ gəlmişkən könüldən keçəni yazmasam olmur:

 

Yenə gözəlliyin əsir eyləyib,

 Olmuşam günahsız qulun, Ərzurum...

Şirin duyğulartək uzanıb gedir

 Lələli, Kərəmli yolun, Ərzurum.

 

Həzrəti İbrarim “Mən batan qeyb olan şeyləri sevmirəm” söyləyirdi... Heç zaman batmayan, qeyb olmayan bir tarix, mədəniyyət boxçasıdı Ərzurum...

Ərzurum deyilincə upuzun əsrlərin, tarixi bir keçmişin o üzündən ərənlər ərəni, xalq qəhrəmanı Qoç Koroğlunun səsi gəlmkdədi qulaqlarımıza: “Hoydu, dəlilərim, hoydu!..”

Yenə də elə o upuzun əsrlərin o üzündən Lələli-Kərəmli yolların əhd, vəfa qoxulu konuşması dil əzbəri olmaqdadı:

 

Ərzurumun gədiyinə varanda

 Onda gördüm burum-burum qar gəlir,

 Lələli dedi: - Gəl qayıdaq bu yoldan,

 Kərəm dedi: - Namusuma ar gəlir.

 

O səsdən bi səsə - Koroğludan Lələyə, Lələdən Kərəməcən neçə illər keçib görəsən?.. Şahidi Ərzurum gədikləri, Palantökən keçidləri, Ərzurum qalası, Orta qala, Çifte minarəli mədrəsə abidələr idi... Bu qalaları təkcə daşla-kəsəklə, ağac materialları ilə hasilə gətirməyiblər ki... Səslə, sözlə, ətlə-dırnaqla, saçla, nəfəslə hörüblər... Hər qədəmdə səslənmək, tarixi gizlinlərinə hökm etmək istəyirəm ki, açın üzünüzü, açın gözünüzü, qala divarları, qala yaşları. Gerçəkləri, tarixin gerçək üzünü anladın mənə. Ərzurumda Orta qalanı, Ulu Camini, Yakutiye mədrəsəsini, Aziziye tabyasın, Alaça köyü şəhidlər abidəsini bu duyğularla baş-başa ziyarət etdim. “Kəskin ötən yellərinə başımı verəsim gəldi”. Ərzurumun mən sevgiylə özünə bağlayan təbiət tarix özəllikləri ruhumda, düşüncələrimdə min rəngə çaldı.

Bir qanad istəmişdim məni yerdən alacaq – Ərzurumda vəslinə yetdim, buldum, tapdım! Behiştlik Bəhcət Kamal Çağlar demiş, bir ilham istəmişdim bir gün vəhyə enəcək, bir cüt göz istəmişdim, can evimi görəcək, bir dostluq istəmişdim ömürlərlə sürəcək – Ərzurumda buldum, Ərzurumda qovuşdum. Bir mehrab istəmişdim önündə diz çökməyə, bir iman istəmişdim uğruna baş qoymağa, bir cüt diz istəmişdim qafamı söykəməyə - Ərzurumda sıx-sıx buldum, ziyarət etdim, ruhuma yansıtdım.

Ərzurumdayam... Dağlarınn sisi-dumanı, yerin gözəlliyi üçün göylərə şükranlıq əlləri kimi ucalan minarləri, bularları, şiş qayaları, dili dualı insanları, doğma və könülyaxıcı musiqisi ilə mənə bir köynək yaxn olan Ərzurumda qarlı küçələri, aylı gecələri doğmadı mənə. Qosqoca bir baba, qönçə uşaq görkəmindədi Ərzurum. El-oba arasında Dadaşlar diyarı deyilir bura. “dadaşın türküsü” deyilən bir şərqidə dönə-dönə vurğulanır:

 

Bir türkü söyle bana

Şu Dadaş ellerinden.

 Dadaş misali sert,

 Dadaş misali mert olsun.

 Çinlasın kulaklarda,

 Yüz degil, bin il sonra

 Öyle yürekden söyle ki,

 Duymayan namert olsun.

 

“Dadaş” bizlərdə böyük qardaşa, xətri əziz tutulan insanlara deyilir. Ərzurum türkülərindən sıx-sıx keçən “Dadaş”, “Dadaşlar ölkəsi” anlamının bir səmti də məhz bu dəyərləndirmədən keçir:

 

Güzeller bezenmiş, doya giderler,

 Öyle bir gözellik ki, akan su durur,

 Dadaşımın yüzünde keskin hançerler –

İgidlik möhrünü tarihe vurur.

 

Bu möhtəşəm igidlik tarixinin alt yapısında sərgilənən mətləblərdən söz açmaq, Ərzurumun özünəməxsus tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı bilgiləri təzələmək istəyirəm biz az.

Ərzurumda bir daha anladım, fərqinə yetdim ki:

 

Tarixin dilindən düşməz bu dastan,

 Nəhrlər qazidir, dağlar qəhrəman.

 Hər daşı bir yaqut olan bu vətən

 Can vermə sirrinə ərənlərindir.

 

Ərzurum yolları boyunca tarixi olmuşlarını göz önünə gətirdikcə düşünür, düşünürdüm: “Nə böylə sevdalar gördüm, nə böylə ayrılıqlar...”

Ərzurumdayam; əfsanə ilə gerçəklik arasında şaşırıb qalmışam... hansından başlayıb, hansına doğru getməyin səmtini tuta bilmirəm. Tarixi olaylar mövzusuna, söz yox ki, dönüb-dönüb qayıdacam. Ziyarət qeydlərim, görüşlərim, verdiyim konfranslar an-an anılacaq! İndilikdə isə əfsanələşmiş bir gerçəyin hekayəti çəkməkdədi yaddaşımı. Bu olay Ərzurum varlığının qədimliyilə çağdaşlığını bir köynəkdə, bir nəfəs dərinlikdə ortaya qoyan reallıqdı. Mifdən reallığa yol belə gəlir... Öncə

 

“NƏNƏ XATUN” DASTANINDAN SÖZ AÇIM SİZƏ

Bu, 1800-cü ilin ortalarında rusların Ərzurum torpaqlarını yığmalamağa başladığı bir zamanın olmuş, yaşanmış hekayətidi. O qanlı-qadalı illərdə türk qadınının qəhrəman obrazı belə yaradılmış, əbədiləşdirilmişdi Nənə Xatun obrazında; bu, türkürpədici, qəlbyaxıcı, eyni zamanda da hər bir Türk insanında xüsusi qürur, milli özünüdərk duyğusu oyadan unudulmaz bir dastan, əfsanələşmiş həqiqətdi, söhbət elə bir qəhrəman türk xanıməfəndisindən gedir ki, onun doğma qardaşı bir gün əvvəl vətən yolunda şəhid olmuşdu. Əri döyüş səngərlərində çarpışmaqdaydı. Üç ay öncə dünyaya gəlmiş körpəsi ilə bir dam altında qalmışdı Nənə Xatun. Gözləri yolda, qulaqları səsdə idi. Palantökən dağından Ərzurum səmtə əsən yellərdən xoş müjdə gözləyirdi. Amma elə həmin dəqiqələrdə rus qoşunu qonşuluqdakı iki erməni kəndinin bələdçiliyi ilə Ərzurum üzərinə gəlməkdəydi. Elə ki, rus qoşunu erməni xəyanəti nəticəsində Aziziye tabyesinə daxil oldular, qıvraq Türk əsgərlərindən biri Ərzuruma yetib caminin minarəsindən bu ağır xəbəri Ərzurum əhlinə yetirdi. Bir anın içində bütün Ərzurum əhli qara xəbərdən hali olub bir araya gəldilər. Torpaq eşqi əhalini səfərbər etdi. Daş-kəsəklə, bel-balta ilə silahlanan Ərzurum əhli düşmən üstə yeridi. Əlləri yalın olsa da inamları böyük idi o imanlı insanların. Təbii ki, xəbər körpə balasının beşiyi başında layla deyib, ər yolu gözləyən Nənə Xatuna çatmışdı. Və o imanlı xanıməfəndi heç bir tərəddüd etmədən qalxıb döyüş hazırlığı görmüşdü; əvvəl-əvvəl üç aylıq körpəsinə son dəfə döşlərindən süd vermiş, doyuzdurmuş və beşiyində rahatlamışdı. Son laylasını çala-çala halallaşmışdı üç aylıq körpəsilə. “Səni mənə Allah vermişdi, mən də səni Allaha tapşırıb Aziziyə tabyesinin müdafiəsinə gedirəm. Getməsəm olmaz. Böyüyüb xəbər tutsan ki, Aziziye tabyesinin zəbti günlərində əlini əlinin üstünə qoyub evdə oturmuşam, məni bağışlamaz, üzümə belə baxmazsan”. Beləcə, xudahafizləşmişdi üç aylıq körpəsi ilə Nənə Xatun. Körpəsini Allaha ismarlayıb getmişdi. Əlləri yalın olsa da imanını, inamını götürüb getmişdi düşmən üstünə. O düşmn üstünə ki, təpədən-dırnağa qədər topla-tüfənglə barışmışdı. Ancaq torpaq, vətən eşqi qalib gəldi. O qanlı-qadalı döyüş meydanında Aziziye tabyası uğrunda yüzlərlə qəhrəman Ərzurumlu ilə bir arada Nənə Xatun da döyüşdü. Bu fədakarlığı ilə Nənə Xatun Türk tarixi salnaməsinə yeni bir qəhrəmanlıq səhifəsi yazdı.

İndi o zaman geridə qalıb, o tarix dəyişilib. Çox şey yeniləşib – Ərzurumda yeganə dəyişməyən şey insanların vətən, torpaq, bayraq sevgisidi. İndi o möhtəşəm qala, istehkam silsiləsindən təkcə İç qala öz durumunu günümüzəcən hifz edə bilib. Bir də Nənə Xatun əfsanəsi. Xatirəsinə yapılmış Anıt abidəsi böyük vətəndaşlıq dərsi keçməkdədi ziyarətinə gələnlərə...

Bu tarixi, ibrətamiz olayın şahidi Aziziye tabyasıdı, Ərzurum qalasıdı, başı qarlı Palantökən dağıdı...

Zaman-zaman bu bölgənin insanları “Sən mənim her şeyim varım, Ərzurum” deyə vəsf edib, əzizləyiblər. Qürur hissilə “şərəfli tarixlər ortağı yaylam, alın yazım, şərəfim, şanım Ərzurum” şövqü yaşayıblar, “Ben Erzurumluyum” türküsü oxuyublar.

 Bütün bu deyilənlərin şahidi oldum Ərzurum ziyarəti zamanı...

GANİRA PAŞAYEVA KİMDİR?

Ganire Paşayeva, 24 Mart 1975 tarihinde Azerbaycan'ın Tovuz rayonundaki Düz Kırıklı kentinde dünyaya geldi. İlk ve ortaöğreniminin ardından Azerbaycan Tıp Üniversitesi Pediatri Bölümü'nü ve Bakü Devlet Üniversitesi Uluslararası Hukuk Bölümü'nü bitirdi.

1998 yılında ANS televizyonunda muhabir olarak çalışmaya başladı ve burada çok çeşitli görevlerde bulundu. 2005 yılında Haydar Aliyev Vakfı'nın halkla ilişkiler bölüm başkanı oldu.

6 Kasım 2005 günü yapılan genel seçimlere bağımsız aday olarak katıldı ve Tovuz milletvekili olarak Azerbaycan Millî Meclisi'ne girdi. Millî Meclis'teki Uluslararası ve Parlamentolar Arası İlişkiler Daimi Komisyonu'nun üyesi olan Ganire Paşayeva, aynı zamanda Azerbaycan-Gürcistan Parlamentolar Arası Çalışma Grubu'nun başkanı ve Azerbaycan-Türkiye, Azerbaycan-Hindistan ve Azerbaycan-Japonya Parlamentolar Arası Çalışma Grupları'nın üyesidir. Ganire Paşayeva, Avrupa Konseyi Parlamenter Asamblesi'nde Azerbaycan Cumhuriyeti'ni temsil eden kurulun da üyesidir.

Bekâr olan Ganire Paşayeva, Azerbaycan Türkçesi'nin yanı sıra Rusça ve İngilizce bilmektedir.

Astana Yayınları tarafından yayımlanmış "Aşk Başka" adlı bir şiir kitabı bulunmaktadır.

 
Karatede Palandöken Turnuvası gündemi
 
Aydemir, ‘Milletimize şükran borçluyuz’
YORUMLAR
 Onay bekleyen yorum yok.

Küfür, hakaret içeren; dil, din, ırk ayrımı yapan; yasalara aykırı ifade ve beyanda bulunan ve tamamı büyük harflerle yazılan yorumlar yayınlanmayacaktır.
Neleri kabul ediyorum: IP adresimin kaydedileceğini, adli makamlarca istenmesi durumunda ip adresimin yetkililerle paylaşılacağını, yazılan yorumların sorumluluğunun tarafıma ait olduğunu, yazımın, yetkililerce, fikrim sorulmaksızın yayından kaldırılabileceğini bu siteye girdiğim andan itibaren kabul etmiş sayılırım.
 

Bu haber henüz yorumlanmamış...

FACEBOOK YORUM
Yorumlarınızı Facebook hesabınız üzerinden yapın hemen onaylansın...
KATEGORİDEKİ DİĞER HABERLER
Büyükşehir’den Demokrasi Anıtı
FETÖ'nün darbe girişimine Erzurum'dan ilginç tepki geldi.
“Bu vatanı yolda bulmadık”
Şener, demokrasi nöbetindeki konuşmasında darbecilere tepki göstererek, ...
ENER: ‘Demokrasi Tarihi’ne geçecek bir karar’
İstanbul ve Ankara’da birer şehitler anıtı kurulmasına ilişkin Bakanlar ...
 
Orhan, Sultan Sekisinde, tespitlerini paylaştı
Aziziye Belediye Başkanı Muhammed Cevdet Orhan, ‘Sağlık Turizmi’ konulu panelde konuştu.
Erzurum Dernek ve Vakıfları Demokrasi Nöbetinde
SÜLEYMAN GÜRAKSIN-Ankara’da bulunan Erzurum Dernek ve Vakıfları yayımladıkları ...
Eğilmez’den FETÖ ve PKK değerlendirmesi
Atatürk Üniversitesi, Tarih Bölümü Öğretim üyesi Dr.Savaş Eğilmez, ülkemiz ...
 
OHAL nedir?
Demokrasi, hukuk, özgürlükleri koruma ve güçlendirme amacıyla 3 ay süreyle ...
Erzurum 70’inci sırada
Erzurum en az orman yangını belirlenen 12’inci il oldu.
‘Haşhaşiler bile bu kadar alçak değildi..!’
Eğilmez, binlerce yıllık Türk tarihinde, Türk Devleti içeride ve dışarıda ...
 
ERZURUM GAZETESİ
YAZARLAR
Ali Kemal Koçak
Ali Kemal Koçak
Müslümanlar Müslüman Olmadıkça
İslamhan Bulutlar
İslamhan Bulutlar
Erdal mı kahraman, Zekeriya mı unutulan?
Can Umut Avcıgil
Can Umut Avcıgil
Sosyal Medya ve Siyaset: Ahlakın Kaybolduğu Yer mi?
İzzet Fehmi Aksakal
İzzet Fehmi Aksakal
Erzurum tarım ve hayvancılıkla şahlanır mı?
Baki Gezmiş
Baki Gezmiş
Prof. Dr. Fatih Alper Gibi Derman Olacaksın !
Mahmut Akdağ
Mahmut Akdağ
İş Yapma Ayrı Sahiplenme Ayrı İştir Ve Erzurumspor
ERZURUM
ÇOK OKUNANLAR
ÇOK YORUMLANANLAR
ARŞİV
ANKET
Erzurumspor’un Yeni Sezon Önceliği:

a. Ligde kalmak
b. Playoffa kalmak
c. İlk iki için mücadele


Sonuçları göster Anket arşivi
FACEBOOK'TA ERZURUM GAZETESİ
TWITTER'DA ERZURUM GAZETESİ
Ana Sayfa Guncel Asayiş Siyaset Ekonomi Eğitim Kültür-Sanat Sağlık-Yaşam Spor Araştırma İnceleme Bölgeden
KünyeHakkımızda KünyeKünye İletişimİletişim FacebookFacebook TwitterTwitter Google+Google+ RSSRSS Sitene EkleSitene Ekle Günün HaberleriGünün Haberleri
Maxiva